Azərbaycanda baş verən yanğınlarda 53 nəfər ölüb, 232 nəfər xəsarət alıb

2019-cu il ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin illik statistik məlumatlarında qeyd olunub.

Bildirilib ki, yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb.

Bu da 2018-ci illə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% az, xəsarət alanlar üzrə 67 nəfər və ya 41 % çoxdur.

2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı il ilə müqayisədə 4 hadisə və ya 6 % çoxdur.

Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR