“Avropa çempionatının final mərhələsinin öhdəsindən layiqincə gələcəyik”-

Bu gün AFFA-nın növbəti konfransı keçirilir.

Metbuat.az -ın məlumatına görə, tədbiri giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev əvvəlcə konfrans iştirakçılarını salamlayıb.

Daha sonra söz gənclər və idman naziri Azad Rəhimova söz verilib.

O, ölkəmizdə idmana olan qayğıdan söz açıb: “Hər il ölkəmizdə böyük yarışlar keçirilir.

Ən çox sevilən futbol da bu baxımdan istisna deyil. Ötən il Avropa Liqasının Bakıda keçirilən final görüşü yüksək təşkilatçılıqla yadda qaldı.

Bu, çox mühüm hadisə idi. Bu il də məzmunlu yarışa şahidlik edəcəyik.

Avropa çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. İnanıram ki, bunun da öhdəsindən layiqincə gələcəyik”.

O, AFFA-nın çoxsaylıq infrastruktur layihələrin həyata keçirdiyini vurğulayıb:

“Gənclər və idman nazirliyi də bu baxımdan bir sıra kütləvi futbol tədbirləri həyata keçirir. Ölkəmizdə bir çox aşağı yaş qrupları üzrə turnirlər yüksək səviyyədə keçirilir.

“Real” klubunun gənclər və idman nazirliyi ilə əməkdaşlığı ölkəmizdə futbolun inkişafına təkan verəcək”.(APASPORT)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR