SON DƏQİQƏ: daha bir ölkədə koronavirus tapıldı

SON DƏQİQƏ: daha bir ölkədə koronavirus tapıldı
10:28 28 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyada koronavirusa yoluxma faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi informasiya yayıb.

Bildirilib ki, Bavariyanın Starnberq bölgəsində 1 nəfərdə yeni tip koronavirus tapılıb.

Əyalətin Səhiyyə və Qida Dairəsində infeksiyaya qarşı mübarizə qrupu yaradılıb və həmin şəxs karantinə alınıb. Şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, ilk olaraqdekabrın 12-dıÇinin Vuhan şəhərində ortaya çıxan və epidemiyaya çevrilən yeni tip koronavirus (2019-nVoC) 106 nəfərin həyatına son qoyub. Qeyri-rəsmi açıqlamaya görə isə sadəcə Vuhanda 2 min 744 nəfər ölüb.

Koronavirusa dünyanın 15-ə yaxın ölkəsində rast gəlinib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/303147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR