İllərdir davam edən müharibəyə bu gün nöqtə qoyulacaq - DİQQƏT o ofisdədir

İllərdir davam edən müharibəyə bu gün nöqtə qoyulacaq - DİQQƏT o ofisdədir
12:03 28 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə hazırlanan “Əsrin müqaviləsi” planını bu gün açıqlayacaq.

Publika.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ilə Dəyirmi ofisdə görüşü planlaşdırılan Trampın planı məhz bu toplantıda ümumi müddəaları ilə açıqlayacağı gözlənilir.

İsrail plandan məmnun olsa da, Fələstin “Əsrin müqaviləsi”ni qətiyyətlə qəbul etmir. Hətta Prezident Mahmud Abbas onu “Əsrin şapalağı” adlandırır.

Tramp isə planın məntiqli olduğunu, fələstinlilərin də buna uyğunlaşa biləcəyini bildirir.

Qeyd edək ki, “Əsrin müqaviləsi”ndə fələstinlilərin Qərbi Şəriə, Qəzza zolağı və Şərqi Qüdsdən müstəqil dövlət olmaq ümidlərini ortadan qaldıracağı iddiası yer alıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/303158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR