Aİ-nin Şərq Tərəfdaşlığı Avropa Məktəbinə növbəti qəbul başlanıb - Təhsil ödənişsizdir

Aİ-nin Şərq Tərəfdaşlığı Avropa Məktəbinə növbəti qəbul başlanıb - Təhsil ödənişsizdir
12:12 28 Yanvar 2020
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan 16 və 17 yaşlı şagirdlər Şərq Tərəfdaşlığı Avropa Məktəbində Avropa və Avropa İttifaqı haqqında biliklərini artıra və "Beynəlxalq bakalavr" (IB) dərəcəli orta təhsil haqqında diplom ala biləcəklər. Ərizələr 2020-ci ilin mart ayının 14-nə qədər təqdim edilməlidir.

Sözügedən təqaüd proqramı Aİ tərəfindən maliyyələşdirilir və Gürcüstanın Tiflis şəhərində yerləşən "Yeni məktəb"də 2020-2021 tədris illərindən başlayaraq iki illik tədris kursunu əhatə edir. Məktəbdə oxumaq üçün müsabiqə yolu ilə altı ölkədə yaxşı qiymətlərlə təhsil alan 35 şagird seçiləcək.  

Bu əvəzsiz diplom proqramı Avropa məktəblərinin təhsil sistemindən ilhamlanan ixtisaslaşmış tədris ilə nəzəri bacarıqları birləşdirir. Seçilən tələbələr çoxdilli və çoxmədəniyyətli mühitdə keçirilən dərslərdə iştirak edərək Avropa və Avropa İttifaqı haqqında təsəvvürlərini artırmaqla yanaşı, Avropa dilləri, ədəbiyyatı və tarixi haqqında biliklərini dərinləşdirə biləcəklər. Tələbələrin dərslərdən kənar zəngin proqram çərçivəsində baş tutacaq Aİ ilə bağlı mövzuları əhatə edən yüksək səviyyəli konfranslarda iştirak etmək imkanları olacaq. Onlar məktəbi Avropaşünaslıq ixtisası üzrə beynəlxalq bakalavr dərəcəli diplomla bitirəcəklər.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna gəncləri üçün təhsil imkanlarını və regionlararası mübadiləni gücləndirmək istiqamətində Aİ və onun tərəfdaş ölkələrinin səylərinin bir hissəsi olaraq yaradılmışdır.

Ərizələr 2020-ci il 14 mart saat 12:00-a (günorta UTC +4:00) qədər www.eapeuropeanschool.eu internet səhifəsi vasitəsilə təqdim edilməlidir. Seçim prosesində ilkin mərhələdə seçilmiş namizədlər üçün yazılı testlər və müsahibələr nəzərdə tutulub. 2020-2021-ci tədris illəri üzrə təqaüd alan tələbələrin siyahısı 2020-ci il may ayının ikinci yarısında açıqlanacaq.

Hər hansı suallarınız olarsa, euscholarship@eapeuropeanschool.eu elektron poçt ünvanına məktub yazın və ya aşağıdakı nömrə ilə əlaqə saxlayın: + 995 32 225 70 06 (şəhər nömrəsi).


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/821346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR