"Baktelecom"a məxsus quyuların qapaqları oğurlanıb

"Baktelecom"a məxsus quyuların qapaqları oğurlanıb
12:27 28 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar. 
Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və "Bakı Telefon" MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baktelecom-a-mexsus-quyularin-qapaqlari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR