Gürcüstandan Çinə uçuşlar qadağan olunacaq

Gürcüstan koronavirusa görə vətəndaşlarını Çindən təxliyyə edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, Çində olan Gürcüstan vətəndaşlarının təxliyyəsi də planlaşdırılıb: “Bu gün vətəndaşların necə təxliyyə olunması barədə qərar qəbul olunacaq''

Biz aktiv profilaktik tədbirlər görürük, buna görə də risk azdır. Hazırda heç bir təhlükə yoxdur, lakin bu, təhlükənin olmayacağı demək deyil”.

Nazir qeyd edib ki, koronavirusun Gürcüstan ərazisinə keçməsi riskini minimallaşdırmaq üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Çində koronavirusun əsas yayılma ocağı olan Uhan şəhərində 5 Gürcüstan vətəndaşı var. (Report az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR