Bakının bu ərazilərində su olmayacaq

Bakının bu ərazilərində su olmayacaq
12:52 28 Yanvar 2020
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəsimi rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən Milli.Az-a məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 28 yanvar 2020-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/821329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR