Naqif Həmzəyev ASPA-da yeni vəzifəyə seçildi (FOTO)

Naqif Həmzəyev ASPA-da yeni vəzifəyə seçildi (FOTO)
14:50 28 Yanvar 2020
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.

Trend-in məlumatına əsasən, bu barədə Naqif Həmzəyev özünün "facebook" səhifəsində yazıb.

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günü qurumun prezidentinin və vitse-prezidentlərinin, Büro və Daimi Komitə üzvlərinin seçilməsi ilə başladı. Bu gün isə komitə iclası zamanı həmkarım xanım Sahibə Qafarovanın təklifi ilə əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçildim.

Namizədliyimi dəstəklədikləri üçün AŞPA Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və həmkarım Sahibə Qafarovaya dərin təşəkkürümü bildirirəm", - N.Həmzəyev yazıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3183526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR