İraqda ABŞ bazasının atəşə tutulması nəticəsində zərəçəkənlərin sayı 50-yə çatıb

İraqda ABŞ bazasının atəşə tutulması nəticəsində zərəçəkənlərin sayı 50-yə çatıb
09:05 29 Yanvar 2020
36 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda ABŞ hərbi bazasının raket atəşinə tutulması nəticəsində zərəçəkənlərin sayı 50 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun nümayəndəsi Tomas Kempbel bildirib.

T.Kempbel deyib: "Daha 16 hərbçiyə kəllə-beyin travması diaqnozu qoyulub... Bu günə qədər 50 ABŞ hərbçisinə kəllə-beyin travması diaqnozu qoyulub".

Onun sözlərinə görə, onlardan 31-nə tibbi yardım göstərilib və onlar vəzifələrinin icrasına qayıdıblar, 18 nəfər isə gələcək müalicə üçün Almaniyaya təxliyyə ediliblər.

ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın bazalara endirdiyi zərbələr nəticəsində zərərçəkənlərin olmadığını söyləyib, daha sonra isə hərbçilərdə kəllə-beyin travmasının qeydə alındığını etiraf edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR