Sabiq azərbaycanlı nazir VƏFAT ETDİ

Sabiq azərbaycanlı nazir VƏFAT ETDİ
11:13 29 Yanvar 2020
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

O, 82 yaşında İsveçrədə dünyasını dəyişib.

Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib.

O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!

(report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/303261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR