Nazirlər Kabinetindən mühüm

Baş Nazir Əli Əsədovun sərəncamları ilə Nazirlər Kabineti Aparatında dörd şöbənin müdiri vəzifəsinin həvalə edildiyi şəxslər məlum olub.

Metbuat.az-ın məlumatına görə, Nazirlər Kabineti Aparatında Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinin icrası Ərəstü Həbibbəyliyə, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri vəzifəsi Musa Pənahova, Hüquq və qanunvericilik şöbəsinin müdiri vəzifəsi Xalid Qasımlıya həvalə olunub.

Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi isə Bəhruz Məmmədova həvalə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR