"Azərkosmos" ötən il 43 milyon dollarlıq xidmət ixrac edib

"Azərkosmos" ötən il 43 milyon dollarlıq xidmət ixrac edib
11:32 29 Yanvar 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə “Azərkosmos” 27 ölkəyə 43,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. 
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir. 
Sənədə əsasən, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. 
2019-cu ilin dekabr ayında isə “Azərkosmos” 22 ölkəyə 2,9 milyon dollar dəyərində xidmət ixrac edib. 
Ötən il səhmdar cəmiyyətinin xidmət ixracının dəyəri əvvəlki ilə nisbətən 70% artıb. “Azərkosmos”un xidmət ixrac etdiyi əsas ölkələr Fransa, ABŞ, Böyük Britaniya, Malaziya, BƏƏ və digərləri olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerkosmos-oten-il-43-milyon-dollarliq-xidmet-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR