Bu il Şağan Müalicə Pansionatında təmir işləri başa çatacaq

Bu il Şağan Müalicə Pansionatında təmir işləri başa çatacaq
12:12 29 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı 250 çarpayılıqdır. 
Nazirlikdən "Report"a verilən məlumata görə, müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunacaq.
Reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri çərçivəsində Pansionatda əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Hazırda burada məişət, həm də kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması, müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin tam təmin edilməsi üçün işlər davam edir.
İşlərin bu il yekunlaşdırılması, eləcə də Pansionatın müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla təminatı da nəzərdə tutulub.
Bütün bunlar müəssisədə səmərəlifizioterapevtik müalicə üsulları vasitəsilə və müasir metodika və texnologiyalardan da geniş istifadə edilməklə əlilliyi olan şəxslərə göstərilən bərpa müalicəsi xidmətinin keyfiyyətinin yüksəlməsini təmin edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bu-il-sagan-mualice-pansionatinda-temir-isleri-basa-catacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR