“Möhtəşəm yüz il” serialındakı Sümbül ağa obrazı ilə tanınan türkiyəli aktyor Səlim Bayraktar Bakıya gələcək.
Axşam.az-ın məlumatına görə, o, “Eşq sənə bənzər” filminin qala gecəsində iştirak edəcək. Yanvarın 29-da Nizami Kino Mərkəzində keçiriləcək qala gecəyə ekran işinin baş rol ifaçıları - türkiyəli aktyor Burak Özçivit və aktrisa Fəxriyyə Evcən də qatılacaq.
Bedia Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A.Taner Elhanın lentə aldığı bu romantik dramın prodüseri də Burak Özçivitin özüdür.