x
Loading...

AzTV-nin qocaman əməkdaşı vəfat etdi - FOTO

AzTV-nin qocaman əməkdaşı vəfat etdi - FOTO
13:33 29 Yanvar 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Uzun illər Azərbaycan Dövlət Televiziyasında (AzTV) çalışmış tanınmış ziyalı Aydın Qurbanoğlu (İbrahimov) vəfat edib.

Publika.az xəbər verir ki, AzTV-də bir çox filmlərin və bədii verilişlərin rejissoru, ssenaritsi və redaktoru olmuş Aydın Qurbanoğlu bu gün səhər 84 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Qurbanoğlu təhsilini bitirdikdən sonra 1966-cı ildən başlayaraq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. Ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktor və birlik rəhbəri kimi müxtəlif vəzifələrdə işləyib. A.Qurbanoğlu uzun onilliklər boyu Az.TV-də çeşidli və populyar verilişlərin hazırlanmasında iştirak edərək , həm də işlərə rəhbərlik edib. Müxtəlif ədəbi verilişlərdən əlavə “ Koroğlu” və “Abbas və Gülgəz” kimi çoxseriyalı film-dastanların müəllifi də A.Qurbanoğludur. Bundan başqa Qızıl fondda saxlanılan “Sufi ocaqları”, “Qalalı dağlar”, “Gəmiqaya”, “Qudyalçay”, “Qax abidələri”, “ Molla Cuma”, “Tanrı payım, telli sazım”, “ İncə dərəsi”, “ Etnoqrafiq etüdlər”, “Səfəvilər” və başqa televiziya filmləri də onun ssenariləri əsasında lentə alınıb.

Aydın Qurbanoğlu uzun illər boyu “Koroğlu” dastanıyla bağlı araşdırmalar aparıb. Müəllifin həmin araşdırmaları özündə əks etdirən “Koroğlu” adlı kitabı 2015-ci ildə işıq üzü görüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/303279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR