“Əlini oğlu yaşda olan şəxsin boynuna salan şəhid anasının əllərini öpüb, göz üstünə qoyarlar, bundan şərafətli nə ola bilər?!”

“Əlini oğlu yaşda olan şəxsin boynuna salan şəhid anasının əllərini öpüb, göz üstünə qoyarlar, bundan şərafətli nə ola bilər?!”
13:58 29 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Publika.az xəbər verir ki, Etikxeber.az-ın suallarını AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili və deputatlığa namizəd Musa Qasımlı cavablandırıb:

- Musa müəllim, bu seçkilərdə ən çox rast gəlinən məqam deputatlığa namizədlərin seçicilərin, xüsusilə, yaşlı insanların, ağbirçək və ağsaqqalların əllərini öpməsi, onları qucaqlaması oldu. Bir çoxları bunu məxsərəyə qoymaqda, namizədlərqarışıq yaşlı insanları lağlağı obyektinə çevirməkdədirlər. Siz bunlara necə yanaşırsınız?

- Təbliğat-təşviqat kampaniyası zamanı namizədlərin və ya uzaqdan-yaxından maraqlı olan şəxslərin bir-birinə böhtan atması xoş olmasa da, təəccüblü deyil. Belə üsullardan bəziləri istifadə edərlər. Mən isə heç bir zaman qarayaxma və böhtandan istifadə etmədim.Bütün zamanlarda xalqımızda hörmət və ehtiram əlaməti olaraq anaların, xüsusən, şəhid analarının əllərinin öpülməsi olub və bu gün də var.

İndi bəzi namizədlərin, o cümlədən, mənim belə hərəkətim təəssüf ki, sosial şəbəkələrdə bir neçə nəfər tərəfindən lağlağı edildiyi üçün Sizə düşüncələrimi söyləməyi lazım bilirəm: Bizlər analarımızın bizim alnımızı öpüb xeyir-dua vermək, biz isə analarımızın əlini öpüb gözlərimizin üstünə qoymaq, böyüklər otağa daxil olanda ayağa qalxmaq təbiyəsi almışıq.

Əlini oğlu yaşda olan bir şəxsin boynuna salan şəhid anasının əllərini öpüb, göz üstünə qoyarlar, bundan şərafətli nə ola bilər?!

Bizə belə öyrətdilər, biz belə böyüdük. Bu ədəb qaydasının səs qazanmaq və seçki ilə heç bir əlaqəsi yoxdur, elə qiymətləndirənlər özlərinin mahiyyətlərini, içlərini ortaya qoyurlar. Kimlər tərəfindən edildiyi haqqında da məlumatlarım var… Yaxşı ki, Azərbaycan cəmiyyətində belələri çoxluq təşkil etmir…

- Sizinlə də bağlı -özünüz də toxundunuz- istehzalı, kinayəli sözlər yazılır, atamacalar atılır ki, Musa Qasımlı niyə indi seçicisinin əlini öpür, bu vaxta qədər bunu edə, ona baş çəkə bilməzdimi?

- Mən həmin evdə dəfələrlə olmuşam. Hətta, anamız mənə bir vaxtlar həyətdə oturduğum yeri də xatırlatdı. Belə davranışı mən səs qazanmaq üçün etməmişən. Bu hərəkətlərin uşaq və gənclər üçün bir örnək olduğu qənaətindəyəm. Ona görə paylaşmışıq və doğru da etmişik. Şəhid anaları bizim baş tacımızdır. Mən deputatlıq müddətində bir neçə dəfə digər şəhid ailələrinə də baş çəkmişəm.

Hər kəsin karvanı bundan sonra da öz yolu ilə gedəcək. Bizlər yenə də analarımıza, xüsusilə, şəhid analarına hörmət və ehtiram göstərəcək, əllərini öpüb gözlərimizin üstünə qoyacağıq. Şəhidlərimiz artıq təkcə o anaların deyil, bütün millətin övladlarıdır. Millətimiz və dövlətimiz mövcud olduqca onlar da əbədiyyən yaşayacaqlar. Bu davranışları gülüş obyektinə çevirənlərin ömrü nə qədər olacaq? Onu bilmirəm!

Hələ 7-ci əsrdə Peyğəmbərimiz Məhəmməd buyurmuşdur: “Cənnət anaların ayaqlarının altındadır”.

Odur ki, mən buna qədər olduğu kimi, yenə də analarımızın, şəhid analarının əllərini öpür, onların qarşısında baş əyirəm.Bu davranışı gülüş obyektinə çevirənlər, siz necə? Azad seçimdir!!!

***

Yeri gəlmişkən, Musa Qasımlının yanvarın 22-də yazdığı, öz rəsmi “Facebook” səhifəsində paylaşdığı məlum statusu və fotoları təqdim edirik:

“Bugünkü təbliğat-təşviqat işimi Horavar kəndində seçicilərlə görüşlə başladım.İstəklərini dinlədim. Yalnız mənə səs verəcəklərini bildirdilər. Vətən uğrunda şəhid olmuş Ərəstun Əliyarov, Cəlal Fətullayev və Arzuman Hümbətovun ailələrinə, qohumlarına baş çəkdim. Əngövül kəndində Firəng Tanrıverdiyevin yas məclisində iştirak etdim, ailəsinə və yaxınlarına başsağlığı verdim. Sonra Vərov kəndində çox hərarətli görüş keçdi. Vərov sakinləri də səslərini mənə verəcəklərini söylədilər. Bu gün sonuncu görüşüm Yolocaq kəndində oldu. Onlar da artıq seçimlərini etdiklərini dedilər. Şəhid Heydər Heydərovun anasına baş çəkdim. Şəhidimiz tanınmış qələm sahibi, dostum İdris Heydərlinin qardaşıdır. Daha sonra Separadi kəndindən olan şəhidimiz Müdrət Ağayevin qardaşı ilə görüşdüm. Şəhidlər ölməz! Millətimiz və dövlətimiz var olduqca onlar da yaşayacaqlar! Görüşdüyüm kəndlərin sakinlərinə minnətdaram”.

**

Sıravi vətəndaş-seçici İqbal Nəhmətin yazdıqlarından:

“Mən ömrüm boyu həqiqəti, gördüyümü demişəm və heç vaxt da peşiman olmamışam…Bugünkü deputat seçkiləri ərəfəsində bəlkə də bunu yazmaq yersiz olacaq. Amma haqqı da nahaqqa verə bilmərəm… Musa Qasımlı-Musa müəllim namizədliyini verəcək ya verməyəcək dəqiq bilmirəm…Əgər namizədliyini irəli sürsə sevinən adamlardan da biri mən olacam…Sual verə bilərsiz niyə? Mənim tutarlı səbəblərim var və özümə borc bildim ki,sizlərlə paylaşım…Birincisi bu kişinin telefonu hər zaman açıqdır, istədiyiniz vaxt zəng etsəniz, zəngə cavab verəcək, problemini dinləyəcək…Heç olmasa, sənin millət vəkilin olduğunu xatırladacaq…Kömək etsə də, etməsə də. Bir neçə il öncə mən öz kəndimizdə baxımsız qalan şəhid məzarının bərpası ilə əlaqədar təşəbbüs qaldırmışdım.İlk olaraq səsimə səs verən məhz Musa müəllim oldu. Mənə maddi, həm də mənəvi dəstək oldu, hətta, şəhid məzarının açılışında da iştirak etdi…Gəlməyə də bilərdi, amma gəldi…Bu, onun böyüklüyü, yurdunun şəhidinə verdiyi dəyər idi… Mən Musa müəllimi təbliğ eləmirəm, sadəcə, olanları yazdım…Musa müəllim yenidən millət vəkili seçilsə də, seçilməsə də mənim yaddaşımda vətənpərvər, yurduna, millətinə bağlı bir insan kimi yer aldı…Sizə, eləcə də, digər yurddaşlarıma uğurlar arzulayıram Musa müəllim! Ən əsası isə Yardımlı haqqında düşünmək lazımdır…Həm də çox…Biz bizi bu dağların arasında yaddan çıxmağa qoymamalıyıq” (10 dekabr 2019).

***

Musa Qasımlının namizədlikdən öncəki-şəhid ailələri ilə görüşlərindən, şəhid məzarlarını ziyarətlərindən olan fotoları…

amil HƏMZƏOĞLU

Etikxeber.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/303286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR