Tik xəstəliyindən necə qurtulmaq olar? - Nevropatoloq açıqlayır - VİDEO

Tik xəstəliyindən necə qurtulmaq olar? - Nevropatoloq açıqlayır - VİDEO
14:03 29 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Tik müəyyən əzələlərin qeyri-iradi hərəkətləridir. Bu hərəkətləri insan istəmədən edir, kontrol edə bilmir. Tik 2 yaşdan ahıl yaşadək yarana bilər. Daha çox isə 6-12 yaş arasında olur. Həyəcan, stress zamanı tiklər daha da artır, daha sakit dönəmdə isə azala bilir.

Bu sözləri “Publikanın həkimi” layihəsində nevropatoloq Esmira Həsənzadə deyib.

Onun sözlərinə görə, tiki olan insanlara ətrafın necə davranması vacib məsələdir: “Bu zaman ən vacib məsələlərdən biri ətrafın necə davranmasıdır. Ailə və çevrədə hansısa xəbərdarlıq və ya cəzalandırmalar daha da pis nəticəyə səbəb olur. Bəzən valideynlər adətlə tiki səhv salırlar”.

Müalicə üsulu haqda danışan nevropatoloq bildirib ki, bəzən müəyyən yaşdan sonra tik dayanır: “Uşaqda tik kimi qeyri-iradi hərəkətlər görürsünüzsə, mütləq nevropatoloqa müraciət etməlisiniz. Altda yatan xəstəlik olub-olmamasını ayırd edib, onu müalicə etmək lazımdır. Elə tiklər var ki, məsləhət görürük ki, psixoloqla işləsin. Müalicə müddəti xəstənin vəziyyətinin dəyişmə sürətindən asılıdır. Elə uşaqlar var ki, 2-3 aya, bəzən 1 aya psixoloji durumunda ciddi dəyişiklik görürsən, bəzən isə illər çəkir. Dərman müalicəsi isə daha qəlizdir. Bəzən müəyyən yaşa çatdıqdan sonra tiklər dayanır, bəzən isə ömürlük qalır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/303281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR