Gürcüstanda iki Çin vətəndaşı həkim nəzarətinə götürülüb

Gürcüstanda iki Çin vətəndaşı həkim nəzarətinə götürülüb
14:22 29 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

“Gürcüstanda səfərdə olan iki Çin vətəndaşı həkimlərin nəzarətinə götürülüb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, çinli ziyarətçilər hazırda Batumi şəhərindədirlər: “Çin vətəndaşlarının temperaturu 37 dərəcə təşkil edir. Onlar Çində koronavirusun yayıldığı əyalətə yaxın yerdən gəliblər. Ötən gün mütəxəssislər onlara baş çəkiblər. Onlardan götürülən analiz nümunələri laboratoriyada yoxlanılacaq”.
Çin vətəndaşlarının Gürcüstan ərazisinə nə zaman daxil olduqları hələ məlum deyil. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-iki-cin-vetendasi-hekim-nezaretine-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR