İki həftə əvvəl gəlin köçən yeniyetmə qız öldü - FOTO

İki həftə əvvəl gəlin köçən yeniyetmə qız öldü - FOTO
15:57 29 Yanvar 2020
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı rayon prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/821681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR