x
Loading...

Parlament seçkilərində daha bir təşkilata “exit poll” keçirmək hüququ verilib

Parlament seçkilərində daha bir təşkilata “exit poll” keçirmək hüququ verilib
16:12 29 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) daha bir təşkilatın müraciətinə baxılıb.
“Report"un xəbərinə görə, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O qeyd edib ki, bu il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Rəy Monitorinq Mərkəzi MSK-ya müraciət edib.
Rəy Monitoqrinq Mərkəzi 2005-ci ildən etibarən “exit poll” keçirmək üçün kifayət qədər təcrübəlidir. Təşkilatın keçirəcəyi “exit poll” 118 dairə üzrə 1080 məntəqəni əhatə edəcək. Regionlarda 10 dayaq mərkəzi yaradılacaq. 1080 intervyer cəlb ediləcək.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və Rəy Monitoqrinq Mərkəzi “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/daha-bir-teskilat-parlament-seckilerinde-exit-poll-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR