3 azyaşlı uşaq dövlətdən kömək üçün

İmkansız vəziyyətdə yaşayan ailə insanlardan və dövlətdən kömək istəyib.

Metbuat.az xəbər verir ki, əslən Lerik rayonu, Davaradibi kəndinən olan ailənin başçısı Anar Manafov bildirib ki, 3 azyaşlı övladı var.

Həyat yoldaşı Humay Manafova beyin xəstəliyindən əziyyət çəkir.

Ailənin vəziyyəti rayonda ağır olduğundan işləmək ümidi ilə Bakıya gəliblər. Bakıda Xəzər rayonu Binə qəsəbəsində kirayə ev tutan ailə hazırda kirayə pulunu da ödəyə bilmir.

Ailə başçısının sözlərinə görə, övladının gözündə problemlər var.

Onu müalicə etdirməyə də imkanı yoxdur.Sosial şəbəkələrdə yayılan videoda azyaşlı 3 körpə ac olduqlarını dilə gətirib kömək istəyirlər.

Ailə başçısının sözlərinə görə, övladının gözündə problemlər var. Onu müalicə etdirməyə də imkanı yoxdur.(oxu24)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR