Çinin köməyinə Türkiyə çatdı - Fasiləsiz işləməyə başladılar

Çinin köməyinə Türkiyə çatdı - Fasiləsiz işləməyə başladılar
16:32 29 Yanvar 2020
155 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yayılan yeni koronavirus epidemiyasına görə ölkə miqyasında qoruyucu üz maskası tükənib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən zavodlara istehsalın artırılması çağırışı edilsə də, istehlak qarşılana bilmir.

Təcili şəkildə maska axtarışına çıxan Çinin imdadına Türkiyə çatıb.

Marka istehsal edən firmaların açıqlamasına görə, çinlilər Türkiyəyə 2 milyondan çox sifariş verib. Türk firmalar istehsal qabiliyyətini artırmaq üçün fasiləsiz işləməyə başlayıb.

Qeyd edək ki, Çində 59 min 990 nəfər müşahidədə saxlanılır. Virusa yoluxma şübhəsi isə 9 min 239 nəfərdə var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR