Bakı Limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi (FOTO)

Bakı Limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi (FOTO)
17:55 29 Yanvar 2020
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Beynəlxalq Dəniz Limanı (Bakı limanı) sanitar nəzarət gücləndirib.

Bu barədə Trend-ə Bakı Limanından bildiriblər. Qeyd olunub ki, “Koronavirus - 2019-nCoV'” virusunun Çində yayılması xəbəri fonunda, Bakı Limanında sanitar nəzarət gücləndirilib:

"Sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür. Limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım avtomobili fəaliyyət göstərir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3184142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR