Musa Qasımlıya seçicilərindən BÖYÜK DƏSTƏK - FOTO

Musa Qasımlıya seçicilərindən BÖYÜK DƏSTƏK - FOTO
18:33 29 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini davam etdirir.

Publika.az xəbər verir ki, deputatlığa namizəd bu gün Yardımlı rayonunun Peştəsər və Kürəkçi kəndlərində seçicilərlə görüşüb.

Görkəmli alim görüşü ilə bağlı bunları qeyd edib: "Bu gün Peştəsər və Kürəkçi kəndlərində seçicilərlə görüşdüm. Kənd sakinlərinin, şəhid qohumları və yaxınlarının iştirak etdiyi görüşlərdə çıxış edənlər seçki günü səslərini mənə verəcəklərini bildirdilər. Daha sonra rayonun görkəmli maarif xadimi Fəzail Əkbərovun şəhərdəki ev muzeyində oldum və Horavar kəndində Fəttah müəllim Fəttayevin qardaşının yas məclisində iştirak etdim".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/303320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR