Azad Rəhimov İJF İdarə Heyətinin üzvləri ilə görüşüb

Azad Rəhimov İJF İdarə Heyətinin üzvləri ilə görüşüb
18:42 29 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman naziri Azad Rəhimov İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb. 
"Report" xəbər verir ki, nazir görüş zamanı yeni təşkilatın yaranması münasibətilə İdarə Heyəti üzvlərini təbrik edib.
A.Rəhimov bildirib ki, idman mediasının inkişafına xidmət edəcək belə bir qurumun yaradılmasına çoxdan ehtiyac var idi. İdman jurnalistlərinin nazirliyə mütəmadi müraciətlərini nəzərə alaraq yeni təşkilatın yaranmasına dəstək olduğunu bildirən nazir öz tövsiyələrini verərək İJF-yə fəaliyyətində uğurlar arzulayıb.
İJF İdarə Heyətinin sədri Qabil Mehdiyev qurumun yaradılmasındakı dəstəyinə görə nazir Azad Rəhimova idman jurnalistləri adından təşəkkür edib.
İdarə Heyəti üzvlərini təqdim edən Q.Mehdiyev artıq iki iclasın keçirildiyini və bir sıra qərarlar qəbul edildiyini, müvafiq komissiyalar yaradıldığını bildirib.
Görüş zamanı Gənclər və İdman Nazirliyi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Federasiyanın 2020-ci il üçün tədbirlər planı və digər federasiyalar və idman qurumları ilə birgə görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.




Xəbərin orijinal ünvanı: https://report.az/media/azad-rehimov-i-jf-i-dare-heyetinin-uzvleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR