82 yaşlı ABŞ naziri Çinə getmədi

82 yaşlı ABŞ naziri Çinə getmədi
18:52 29 Yanvar 2020
116 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ticarət naziri Uilbur Ross koronavirusun sürətlə yayılması səbəbiylə bu həftə Çinə planlaşdırılan səfərini təxirə salıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, 82 yaşlı Ross bu qərarı ABŞ rəsmilərinin koronavirusun yayılması ilə bağlı qorxuları fonunda verib.

Qeyd edək ki, son məlumatlara görə, Çində dekabrın sonlarında yayılan koronavirusa təxminən 6 min insan yoluxub, onlardan 132-si dünyasını dəyişib.

Bundan əlavə, Tailand, Avstraliya, Sinqapur, Yaponiya, ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə virusa yoluxma halları qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR