Koronavirusun yayıldığı bölgədən azərbaycanlıları Türkiyə təxliyə edəcək

Türkiyə Çində koronavirusun yayıldığı bölgədə olan Azərbaycan vətəndaşlarını təxliyə edəcək”.

Metbuat.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Çində koronavirusun yayıldığı bölgədə 25-ə qədər Türkiyə vətəndaşı, 10-a yaxın Azərbaycan vətəndaşı var. Onlar Türkiyəyə dönmək istəyirlər.

“Tədbirləri nəzərə alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə almaq şərtilə bu qardaşlarımızı Türkiyəyə gətirin” dedik. Türkiyə ərazisində hazırda virusla bağlı hər hansı problem yoxdur”, - Prezident əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR