x
Loading...

Avstriyada ictimai nəqliyyat üçün ölkə üzrə vahid tarif sistemi yaradılır

Avstriyada ictimai nəqliyyat üçün ölkə üzrə vahid tarif sistemi yaradılır
21:47 29 Yanvar 2020
114 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriyada yeni hökumətdə təmsil olunan Yaşıllar Partiyası seçkiöncəsi vədlərindən birini reallaşdırmağa başlayıb. Bu partiyanın təmsilçisi, Ekologiya naziri Leonore Qevessler bildirib ki, yaxın gələcəkdə ictimai nəqliyyatda bütün ölkəni əhatə edəcək vahid tarif sisteminin yaradılması üzərində iş gedir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "1-2-3 Karte" adlanan yeni tarif sistemində bir federal əyalət ərazisində ictimai nəqliyyatdan istifadə sərnişinlərə bir gün üçün 1 avro, ikinci federal əyalətə də səfər nəzərdə tutularsa 2 avro, bütün ölkəni əhatə edərsə 3 avroya başa gələcək. Ölkədə ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın cəlbediciliyini artırmaq istəyən "yaşıllar" yaxın gələcəkdə Avstriya Federal Dəmir Yolları, Qərb Dəmir Yolu, müxtəlif avtobus şirkətləri və ölkənin yeddi əsas nəqliyyat şirkəti ilə razılaşma əldə etməlidir. Biletlərin sərnişinlər üçün ucuzlaşması ilə əlaqədar nəqliyyat şirkətlərinə kompensasiya ödənilməlidir. Nazirin sözlərinə görə, bir neçə milyon avro dəyərində xüsusi paket üzərində də iş gedir.

Yeni tarif sistemi qüvvəyə minəcəyi təqdirdə, illik 1095 avro ödəyən hər bir sərnişin yeni kartla ölkə ərazisində istənilən ictimai nəqliyyat növündən (qatar, avtobus, metro, tramvay və trolleybus) istifadə edə biləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR