“Apple” kompüterlərini yoluxduran virus açıqlanıb

“Apple” kompüterlərini yoluxduran virus açıqlanıb
07:05 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Kasperski laboratoriyası" antivirus şirkəti 2019-cu ildə "macOS" əməliyyat sisteminin istifadəçiləri arasında ən çox yayılan təhlükəni açıqlayıb. O, dünyada hər onuncu "Apple" kompüterini yoluxduran "Shlayer" reklam troyanıdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ötən ilin yekunları üzrə "macOS" qurğularına hücumların 29 faizi "Shlayer" virusunun payına düşüb. Onun ən çox qurbanları ABŞ (31 faiz), Almaniya (14 faiz), eləcə də Fransa və İngiltərə (hərəyə 10 faiz) istifadəçiləri olub.

Zərərli proqram təminatı "Wikipedia" və "YouTube" kimi çoxmilyonluq auditoriyaya malik minlərlə qanuni saytlar vasitəsilə yayılıb. Böyük onlayn ensiklopediyada zərərli sayt ünvanına keçid məqalələr arasında qeydlərdə, "YouTube"da isə videonun təsvirində gizlənib.

İstifadəçi zərərli sayt ünvanına keçid etdikdən və saxta əlavəni (məsələn, Adobe Flash Player üçün yenilənmə şəklində) quraşdırdıqdan sonra onun kompüterinə "Shlayer" virusunun növlərindən biri yüklənir. O, öz növbəsində brauzeri reklamla doldurur, eləcə də axtarış nəticələrini saxtalaşdıran müxtəlif proqramları quraşdırır.

Bildirilir ki, zərərli proqram təminatının ilk nümunələri mütəxəssislər tərəfindən 2018-ci ilin fevralında aşkarlanıb. "Shlayer" virusu ilk dəfə aşkar edildikdən sonra ötən müddət ərzində onun iş alqoritmi dəyişməz qalıb, aktivliyi isə azalmayıb: hazırda "Shlayer" viruslarının sayı onun aşkarlandığı ilk aylardakı kimi eyni səviyyədədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR