Çin koronavirusla mübarizəyə 3.96 milyard dollar vəsait ayırıb

Çin koronavirusla mübarizəyə 3.96 milyard dollar vəsait ayırıb
07:22 30 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

Çinin bütün maliyyə idarələri yeni koronavirusun səbəb olduğu pnevmoniya ilə mübarizə üçün ümumilikdə 27.3 milyard yuan (təxminən 3.96 milyard dollar) ayırıb.
“Report” xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Qeyd olunub ki, epidemiyanın qarşısının alınması və onunla mübarizə tədbirləri maliyyə qurumları tərəfindən fəal şəkildə dəstəklənir.
Qeyd edək ki, Çində koronavirus pnevmoniyasından ölənlərin sayı 170 nəfərə çatıb. 7711 nəfər isə 2019-nCoV koronavirusuna yoluxub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-koronavirusla-mubarizeye-3-96-milyard-dollar-vesait-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR