“Tinder” servisində “həyəcan” düyməsi istifadəyə veriləcək

“Tinder” servisində “həyəcan” düyməsi istifadəyə veriləcək
07:52 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Tinder" romantik tanışlıq servisində "həyəcan" düyməsi funksiyasının tətbiqi planlaşdırılır. Belə ki, istifadəçi ünsiyyət zamanı təhlükə hiss etdikdə mobil proqram vasitəsilə kömək çağıra biləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "həyəcan" düyməsi səssiz işə düşəcək. Həyəcan siqnalını kodu daxil etməklə təsdiq etmək mümkün olacaq. İstifadəçi bunu etməsə, onunla fövqəladə hallar xidmətləri əlaqə saxlayacaq və çağırış yerinə polis göndəriləcək. ABŞ-da yeni funksiyanın yanvarın axırında istifadəyə veriləcəyi gözlənilir.

"Tinder" sahibi qismində çıxış edən "Match Group" şirkəti "həyəcan" düyməsi funksiyasını insanların olduğu yeri izləyən və bu informasiyanı fövqəladə hallar xidmətlərinə ötürən "Noonlight" servisi ilə birgə tətbiq edəcək. Servis nümayəndəsi Eddi Beyzin sözlərinə görə, "Noonlight" məlumatları nə ötürür, nə də satır. "Biz onlardan yalnız istifadəçilərə fövqəladə hallar zamanı kömək üçün istifadə edirik", - o bildirib.

O əlavə edib ki, istifadəçilər istədikləri vaxt geolokasiya funksiyasını söndürə bilərlər.

Gələcəkdə "həyəcan" düyməsi funksiyasının "Match Group", "Plenty of Fish", "Match", "OkCupid" və "Hinge" kimi digər servislərdə də tətbiqi nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR