Türkiyə Azərbaycanda elmi laboratoriyalar qurur

Türkiyə Azərbaycanda elmi laboratoriyalar qurur
08:01 30 Yanvar 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Azərbaycanda bəzi layihələr həyata keçirəcək.

Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbə qeyd edib ki, ilkin mərhələdə TÜBİTAK-ın Milli Metrologiya İnstitutu tərəfindən Azərbaycan Metrologiya İnstitutunda laboratoriyaların qurulması nəzərdə tutulur:

"İlkin mərhələdə ümumilikdə 27 laboratoriyanın qurulması planlaşdırılır".

Mənbə bildirib ki, laboratoriyaların qurulması 2020-2022-ci illər ərzində gözlənilir:

"TÜBİTAK Azərbaycan və eləcə də türkdilli ölkələrdə fəaliyyətinin genişləndirilməsində maraqlıdır".

Qeyd edək ki, 1963-cü ildən fəaliyyət göstərən TÜBİTAK dünyanın aparıcı təşkilatları və universitetləri ilə birgə mütəmadi layihələr həyata keçirir.

Təşkilat elmi sahədə araşdırmalar həyata keçirir və araşdırmalar ölkəni prioritetlərə görə inkişaf etdirmək, mövcud elmi və texniki məlumatlara çatmaq və çatdırılmasını təmin etmək məqsədi daşıyır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3184190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR