İsrail ordusu Qəzza sektorunda Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbələr endirib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Qəzza sektorundan atılan raketə cavab olaraq HƏMAS təşkilatının bir sıra hədəflərinə qırıcı təyyarələr və PUA-lar vasitəsi ilə hava zərbələri endirib. Vurulan hədəflər arasında təşkilatın silah və yeraltı hərbi obyektləri də var.