Qəzet kimi çap edilən nazik və elastik sensor ekranlar texnologiyası hazırlanıb

Qəzet kimi çap edilən nazik və elastik sensor ekranlar texnologiyası hazırlanıb
08:12 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Monaş Universitetinin alimləri qəzet kimi çap edilə bilən nazik və elastik elektron material hazırlayıblar. Gələcəkdə bu texnologiya smartfonlar üçün sensor ekranların hazırlanmasında tətbiq edilə bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, alimlər yeni keçirici təbəqə yaratmaq üçün mobil telefonların sensor ekranlarında geniş yayılmış nazik plyonkadan istifadə edib və maye metalların kimyasından istifadə edərək onu 3D-dən 2D-dək azaldıb. Son dərəcə elastik olan nazik təbəqə mövcud elektron texnologiyalara uyğundur.

Alimlərin iddiasına görə, yeni materialdan hazırlanmış sensor ekranla təchiz edilmiş mobil telefonlar daha az enerji sərf edəcək. "Yeni yanaşma bahalı və ya ixtisaslaşdırılmış avadanlıq tələb etmir" - mühəndislər izah ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR