Universal şarj cihazına ilk reaksiya Apple-dan gəldi

Universal şarj cihazına ilk reaksiya Apple-dan gəldi
08:37 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Apple şirkəti universal şarj cihazına qarşı çıxır. Buna səbəb kimi gözlənilən yeniliyin reallaşmayacağını və cihazın Avropa iqtisadiyyatına zərər verəcəyini iddia edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Avropa Komissiyası Agentliklərarası Əlaqələr Təşkilatının nümayəndəsi Maros Sefkoviç bütün mobil cihazlarda istifadə ediləcək universal bir şarj cihazının elektron tullantıların azaldılmasında təsirli olacağını və müştərilərin texnologiyadan istifadəsini daha rahat edəcəyini söyləyib.

Apple-dan bildirib ki, komissiyanın təklifi gözlənilənin əksinə olaraq yenilik etməyəcək və hətta işləri ləngidəcək. Bəyanatda vurğulanıb ki, komissiyanın qərarı Apple-ın müştərilərinə yeni texnologiyalar təklif etmək imkanlarını məhdudlaşdıra bilməz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR