ABŞ-dan Rusiyaya növbəti zərbə

ABŞ-dan Rusiyaya növbəti zərbə
08:43 30 Yanvar 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qadağalar 8 fiziki şəxsə və Krıma dəmir yolu ilə sərnişin daşıyan “Grand Express Service” şirkətinə şamil edilib.

Həmçinin, şəhər qanunverici məclisinin spikeri Vladimir Nemtsevin, Sevastopolun qubernatoru vəzifəsini icra edən Mixail Razvojayevin və Sevastopolun senatoru Yekaterina Altabayevanın adı sanksiya siyahısına əlavə edilib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/303344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR