ABŞ koronavirusla mübarizə üçün Çinə mütəxəssislər göndərir

ABŞ koronavirusla mübarizə aparmaq məqsədilə ölkənin sanitar qurumunun – Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin mütəxəssislərini Çinə göndərir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Larri Kadlou jurnalistlərə açıqlamasında deyib. “Biz onlara kömək məqsədilə ən yaxşı mütəxəssislərimizi göndəririk. Çinlilər bizi dəvət ediblər”, - Kadlou belə deyib.

O, nə qədər mütəxəssisin göndəriləcəyi, bunun artıq icra olunduğu və ya gələcəkdə icra olunacağı barədə açıqlama verməyib.(Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR