Bolinya: "Hakimlərin simpatiyasının qurbanı olduq"

Bolinya: "Hakimlərin simpatiyasının qurbanı olduq"
10:22 30 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün qələbə qazanmaq istəyirdik. Bizim real qol şansımız onlardan çox oldu. Oyuna yaxşı başladıq. Hesab açılana qədər 2-3 epizod yarata bildik. Hətta qapı durəyini də tuş aldıq. Neynəyək ki, top qapı xəttini keçmək istəmədi. Adından da göründüyü kimi bu, futzaldır".
"Report"un məlumatına görə, bu sözləri Azərbaycan futzal milli komandasının üzvü Bolinya federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Dünənki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün Rusiyaya qarşı bu gün keçiriləcək görüşdə iştirak edə bilməyəcək yığmanın hücumçusu həmin epizodu belə dəyərləndirib: "Açığı, çox yüngül epizod idi. Orada mübarizə gedirdi. Bilərəkdən qapıçıya toxunmadım. Məncə, sarı vərəqəlik epizod deyildi. Amma neynəyək, meydan sahiblərinə qarşı oynayırdıq və hakimlərin simpatiyasının qurbanı olduq. Oynamasam da, komanda yoldaşlarıma uğurlar arzulayıram. Uğur qazanacağımıza inanıram".
O, Rusiya ilə matçın da çətin keçəcəyini qeyd edib: “Hələ heç nə həll olunmayıb. Şansımız var, amma etiraf edək ki, Rusiya millisi də çox güclüdür”.
Qeyd edək ki, ilk oyununda Xorvatiyaya 0:2 hesabı ilə uduzan Azərbaycan millisi bu axşam Rusiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/bu-gun-qelebe-qazanmaq-isteyirdik-bizim-real-qol-sansimiz-onlardan-c

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR