Avtomobil qəzasına uğradı, istedadlı rəssam oldu

Avtomobil qəzasına uğradı, istedadlı rəssam oldu
10:27 30 Yanvar 2020
129 Dünya
Ölkə mətbuatı
A- A+

Avtomobil qəzasına uğrayan ABŞ-ın Şimali Karolina ştatının sakini Skot Meli kəllə-beyin travması alıb və yeni istedada sahiblənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəzadan sağ çıxan S.Meli depressiyaya düşüb.

Uşaqları ilə gəzintiyə çıxarkən S.Meli rəssamlıq ləvazimatları dükanına girərək rəsm üçün lazım olan hər şei alır.

Keçmişdə avtomobil alverçisi olan Skott özündə yeni rəssamlıq istedadı aşkar edir. 

Qeyd etmək lazımdır ki, qəzadan öncə o, ümumiyyətlə şəkil çəkməyi bacarmırdı.

Mütəxəssislər S.Melidə qəzadan sonra Savant sindromunun əmələ gəldiyini iddia edirlər.

Bu sindrom beyin silkələnməsindən sonra və ya autizmdən əziyyət çəkən milyon insandan birində müşahidə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR