Daha bir ölkədə koronavirus aşkarlandı - Hökumət hərəkətə keçdi

Daha bir ölkədə koronavirus aşkarlandı - Hökumət hərəkətə keçdi
10:43 30 Yanvar 2020
130 Dünya
Ölkə mətbuatı
A- A+

Çində epidemiyaya çevrilən koronavirusa Finlandiyada da rast gəlinib.

Publika.az xəbər verir ki, dəhşətli virus Çindən gələn turistlərdən birində aşkarlanıb.

Finlandiya Səhiyyə və Rifah İnstitutu faktı təsdiqləyib.

Xəstə Finlandiyanın şimalındakı Laplandiya Mərkəzi Xəstəxanasında təcriddə saxlanılır.

Ölkədə ümumilikdə 15 nəfərin virusa yoluxması ehtimalı var.

Qeyd edək ki, koronavirusa dünyanın 15-ə yaxın ölkəsində rast gəlinib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/303367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR