ABŞ korporasiyası “Əşyaların laboratoriyası”nı hazırlayır

ABŞ korporasiyası “Əşyaların laboratoriyası”nı hazırlayır
12:31 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Əşyaların interneti” konsepsiyası ilə çoxdan maraqlanan “Microsoft” korporasiyası ötən il tədqiqat bölməsinin “Lab of Things” (“Əşyaların laboratoriyası”) platforması yaratmasını bəyan edib.

Sistem tərtibatçılar üçün internetə qoşulan texnikanın işini koordinasiya etməyə və “ağıllı” ev sistemi təşkil etməyə imkan verən xüsusi dəstdir.
 
“Lab of Things” tərtibatçılara innovasiyaları tez tətbiq edərək kənardan öz ideyalarının real şəraitdə necə həyata keçirilməsini izləməyə imkan verən platformadır. Həmçinin sistem məlumatlar toplayaraq onları təhlil edə bilir. “Lab of Things” maneələri heçə endirir və tədqiqatlar aparmağa, sistemi uzaq məsafədən idarə etməyə və inkişaf etdirməyə imkan verir.
 
“Əşyaların laboratoriyası”nın bütün gücü də məhz bundadır, - "Microsoft Research” bölməsinin baş meneceri Arcmand Samuel bildirib, - "4PDA” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34824-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR