Ramil Nabran reperlərə SÖZ ATDI

Ramil Nabran reperlərə SÖZ ATDI
12:33 30 Yanvar 2020
146 Şou
Ölkə mətbuatı
A- A+

“Məni reper saymayıb fəqət repdə özünə böyük qardaş, əmi bilən və öndə gedən reperlərə fanatlıq edənlərədir sözüm. Bəli, alternativ reperəm. 95-ci ildən rep deyirəm”.

Publika.az xəbər verir ki, bu sözləri reper Ramil Nabran instaqramda yazıb. Ramil onun sənətini bəyənməyənlərə sosial şəbəkədə cavab verib:

“Özəl olaraq “new” (yeni) və “old” (köhnə) “underground rap” nümayəndələrinə hörmətim var. Azrepdə elədiklərim təkcə söylədiklərim deyil. Hansı ... (red. söyüş) sizə mənim reper olmadığımı deyir? Hansı ucuz cahil sektanın qurbanlarısınız axı siz?”

Daha sonra reper yaxın günlərdə dinləyicilərini yeni mahnısı ilə sevindirəcəyini deyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/303382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR