Mixeil Saakaşvilinin Tbilisidə inşa etdirdiyi simovllarından biri satışa çıxarılacaq

Mixeil Saakaşvilinin Tbilisidə inşa etdirdiyi simovllarından biri satışa çıxarılacaq
13:02 30 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisinin mərkəzi Rike parkında yerləşən qeyri-adi üslübda inşa olunan və “səhənglər” adlandırılan tikili auksiona çıxarılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Obyektin başlanğıc qiyməti 95 milyon lari (32,8 milyon dollar) müəyyən olunub.
Qeyd edək ki, 15 000 kvadrat metr sahədə yerləşən obyektin ideyası italiyalı memar Massimiliano Fuksasa məxsusdur. Tikili Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə inşa olunub. 75 milyon lariyə başa gələn obyektin tikintisi 2012-ci ildə başa çatdırılsa da, hələ də fəaliyyət göstərmir. “Səhənglər” Tbilisinin simvollarından birinə çevrilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/mixeil-saakasvilinin-tbiliside-insa-etdirdiyi-simovllarindan-biri-sati

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR