Ölkə sayı 17-yə çatdı - Dəhşətli virus sürətlə yayılır

Ölkə sayı 17-yə çatdı - Dəhşətli virus sürətlə yayılır
13:08 30 Yanvar 2020
160 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Kərala əyalətində koronavirus aşkarlanıb.

Publika.az xəbər verir ki, Çinin Vuhan universitetində təhsil alan hindistanlı tələbədə virus tapılıb.

O, karantinə alınıb. Vəziyyətinin stabil olduğu deyilir.

Bundan başqa, Filippin Səhiyyə Nazirliyi də 38 yaşlı çinli bir qadında koronavirus analizinin müsbət cavab verdiyini açıqlayıb.

Qeyd edək ki, Çinin Vuhan şəhərindən dünyaya yayılan virus Tailand, ABŞ, Yaponiya, Malayziya, Sinqapur, Avstraliya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Almaniya, Finlandiya, Kanada, Vyetnam, Nepal, Kamboca, Şri-Lankada aşkarlanıb.

Çində virusdan ölənlərin sayı 170-ə çatıb. 7100-ə yaxın insana virus diaqnozu qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatı qlobal miqyasda fövqəladə vəziyyət elan etmək üçün erkən olduğunu açıqlayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/303388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR