“Azəriqaz”da 930 işçinin təhlükəsizlik texnikası sahəsində biliyi yoxlanılıb

“Azəriqaz”da 930 işçinin təhlükəsizlik texnikası sahəsində biliyi yoxlanılıb
16:02 30 Yanvar 2020
100 Digər
Ölkə mətbuatı
A- A+

“Azəriqaz” İstehsalat Birliyində (İB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin və Birlik rəhbərliyinin iştirakı ilə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində 2019-cu ilin yekunlarına həsr edilmiş geniş müşavirə keçirilib.
“Azəriqaz” İB-dən “Report”a verilən məlumata görə, Birliyin baş direktoru Ruslan Əliyev bildirib ki, 2019-cu il ərzində yeni işə qəbul edilən, iş yerini dəyişən və təcrübəyə göndərilən 442nəfərə müvafiq təlimatlar verilib. 930 işçinin (402 ilkin, 528təkrar olmaqla) təhlükəsizlik texnikası sahəsində biliyi yoxlanılıb. Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiya Birliyin16 tabeli təşkilatında yoxlama keçirib. Qaydaları və icra intizamını pozan ayrı-ayrı struktur bölmələrdə işləyən 28əməkdaşa xəbərdarlıq kartları təqdim olunub. Eyni zamanda yüksək peşəkarlıq və nümunəvi davranışlarına görə 5nəfər işçiyə mükafat verilib. Birlik üzrə il ərzində 658işçinin dövri tibbi müayinədən keçmələrinə şərait yaradılıb.
O da qeyd edilib ki, Birlikdə yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilib və 2019-cu il ərzində 8210 ədəd müxtəlif növ ağac tingləri, dekorativ kollar və güllər əkilib. Tətbiq olunan İSO 9001, İSO 14001, OHSAS 18001, İSO 50001 və İSO 10002 üzrə beynəlxalq standartların təkmilləşdirilməsi və yoxlanılması məqsədilə daxili audit, Türk standartlaşdırma İnstitutunun mütəxəssisləri tərəfindən isə xarici audit keçirilib.
Sonda Baş direktor onu da əlavə edib ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində həyata keçirilmiş tədbirlər və maarifləndirmə işləri nəticəsində son illərdə istehsalatla birbaşa bağlı ölümlə nəticələnən bədbəxt hadisə baş verməyib.
Daha sonra SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov, “Azəriqaz” İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, “Azəriqaz” İB-nin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi şöbəsinin rəisi İlkin Behbudov mövzu ətrafında çıxışlar ediblər. 





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/oten-il-azeriqaz-da-930-iscinin-tehlukesizlik-texnikasi-sahesinde-bi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR