Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2 mlrd dollar azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2 mlrd dollar azalıb
17:32 30 Yanvar 2020
103 Digər
Ölkə mətbuatı
A- A+

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,104 mlrd ABŞ dolları, yaxud 2% azalaraq 104,352 milyard dollara enib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 26,840 mlrd dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,266 mlrd dollar və yaxud 4,5% azdır.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 838 mln dollar və yaxud 1,1% azalaraq 77,512 mlrd dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiye-merkezi-bankinin-valyuta-ehtiyatlari-2-mlrd-dollar-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR