İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
17:33 30 Yanvar 2020
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 159, № 7, maddə 588, № 9, maddə 790; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 2, maddə 295) 1-ci hissəsindən “Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin köməkçisi ‒ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri” sözləri ilə, “direktoru” sözü “sədri” sözü ilə əvəz edilsin.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/303427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR