Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonunda seçicilərlə görüşüb (FOTO)

Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonunda seçicilərlə görüşüb (FOTO)
17:36 30 Yanvar 2020
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamilə Əliyeva Balakən rayonunun Püştətala inzibati ərazi dairəsində, Kortala yaşayış məntəqəsinin Beçaqar obasında seçicilərlə görüşüb.

Trend-in məlumatına görə, YAP Balakən rayon təşkilatı Seçki Qərargahının sədri Azad Balayev görüşü açaraq 9 fevral seçkilərilə bağlı görülmüş işlər barəsində, bu bölgədən deputatlığa namizədin gördüyü işlər haqda məlumat verib.

Seçicilər qarşısında çıxış edən Kamilə Əliyeva əvvəlki seçki müddətində gördüyü işlər barəsində, Milli Məclisdə fəaliyyəti haqqında danışıb.

Görüşdə çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər. Eyni zamanda, sakinlər bir sıra problemlərlə bağlı K.Əliyevaya müraciət ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3184657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR