Azərbaycan və Qazaxıstan TASİM-in tikintisi barədə razılığa gəliblər

12:32 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 12:29 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan və Qazaxıstan Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) sualtı seqmentinin tikintisi barədə razılıq əldə ediblər.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

 

Onun sözlərinə görə, müqavilənin bu ilin birinci yarısında Qazaxıstanla imzalanacağı gözlənilir. O bildirib ki, artıq ilin sonuna kimi tikinti işlərinə başlamaq mümkün olacaq.

 

Qeyd edək ki, TASİM layihəsi BMT tərəfindən də dəstəklənib. TASİM layihəsinə Rusiya, Qazaxıstan, Türkiyə, Çin cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR